Astanada “Millətin lideri” dövlət mükafatının təqdimatı olub

Astanada “Millətin lideri” dövlət mükafatının təqdimatı olub

Astananın Akorda sarayında Qazaxıstanın milli bayramı - Müstəqillik Günü münasibətilə "Millətin lideri" dövlət mükafatının təqdimatı olub.

Mərasimdə iştirak edən Prezident Nursultan Nazarbayev ölkənin ən vacib bayramı - Müstəqillik Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Qazaxıstan Prezidenti deyib ki, dövlət mükafatına ölkənin inkişafına əhəmiyyətli töhfələr verən şəxslər layiq görülürlər.

Mükafat alanlar arasında ictimai-siyasi xadim Oljas Süleymenov da olub.

N.Nazarbayev bildirib ki, Oljas Suleymenov görkəmli şair, ictimai-siyasi xadimdir. Ölkənin beynəlxalq əlaqələrinin inkişafında, mədəni-mənəvi tərəqqisində onun böyük xidmətləri olub.

Qazaxıstan Prezidenti vurğulayıb ki, daxili sabitlik, dözümlülük, qarşılıqlı anlaşma ölkənin inkişafı üçün böyük əhəmiyyətə malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə