"ABŞ-da dələduzluqda ittiham olunan diplomatlarımız cəzalandırılacaq"

"ABŞ-da dələduzluqda ittiham olunan diplomatlarımız cəzalandırılacaq"

Rusiya XİN Amerikada dələduzluqda ittiham olunan diplomatlarını cəzalandıracaq. Məlumata görə, belə bir bəyanatla RF Xarici işlər naziri Sergey Lavrov "Rossiya 24" telekanalına deyib.

Onun sözlərinə görə, bu şəxslər barəsində intizam tədbiri görüləcək. O deyib ki, diplomatlar getdiyi ölkədə qaydaları pozub. Hansı ki, diplomatın bunu etmək hüququ yoxdur. Lavrov onu da bildirib ki, Amerika tərəfi rus diplomatlarının dələduzluqla məşğul olması faktını ortaya çıxarmaq üçün düz on il izləyib və 2004-cü ildən bu ilədək gözləyib ki, dəlil sübutlar əldə edə bilsin.

Qeyd edək ki, Amerika hökuməti 25 rus diplomatına qarşı dələduzluqla- tibbi sığortaçıları aldatmaqda məşğul olmaq ittihamı irəli sürüb və onları ölkəni tərk etməyi tələb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə