Suriyada 9 uşaq donaraq ölüb

Suriyada 9 azyaşlı havanın şaxtalı keçməsi ilə əlaqədar olaraq donaraq ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Təşkilatı məlumat yayıb. Məlumata əsasən, Haləpə əl-Meysərə bölgəsində 1, Xumsu əl-Hula bölgəsində 2, Əl-Vair bölgəsində 1, Əl-Hara bölgəsində 1 azyaşlı, məcburi köçkünlərin yerləşdirildiyi Mənbəç düşərgəsində isə 4 yeni doğulan körpə donaraq həlak olub.

Qeyd edək ki, ötən gün isə Hələbdə və Həmasda 2 uşaq soyuqdan donaraq ölüb. Bölgədəki həkimlər havaların şaxtalı keçəcəyi təqdirdə çox sayda insanın həlak olacağını bildirib. Suriya Müxalif və İnqilabçı Qüvvələr Milli Koalisiyası (SMİQMK) isə beynəlxalq təşkilatlardan və dünya ölkələrindən yardım gözlədiklərini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə