Ermənistan Cənubi Qafqazın təhlükəsizliyi üçün ən böyük problemlərdən biridir

Ermənistan Cənubi Qafqazın təhlükəsizliyi üçün ən böyük problemlərdən biridir

Ermənistan Cənubi Qafqazın təhlükəsizliyi üçün ən böyük problemlərdən biridir. Bu fikir Tbilisidə keçirilən "Cənubi Qafqaz və Qara dəniz regionunda islahatlar üzrə təhlükəsizlik sektoru" mövzusunda Beynəlxalq konfransda səsləndirilib.

Tədbirdə Cənubi Qafqazın gələcək inkişaf istiqamətləri - Avropa İttifaqı ilə əlaqələr, Cənubi Qafqaz ölkələrinin təhlükəsizliyi, Mərkəzi Avropa-Cənubi Qafqaz əməkdaşlığı, Qara dəniz regionunun gələcəyi müzakirə edilib. Eləcə də NATO-nun Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə qeyd edilib ki, Ermənistan Cənubi Qafqazın təhlükəsizliyi üçün ən böyük problemlərdən biridir. Odur ki, buradakı mövcud münaqişələr dərhal həll olunmalıdır. Cənubi Qafqaz ən həssas regionlardan biridir və NATO bu regionla əməkdaşlığa xüsusi önəm verir.

Tədbir 5 gün davam edəcək. Konfransda Gürcüstanın Avropaya inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili, Litvanın "Şərq Tərəfdaşlığı" üzrə səfiri Vaidotas Verba da iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə