Türkiyə və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb

Türkiyə və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb

Türkiyə və Ermənistan XİN rəhbərləri Əhməd Davudoğlu və Edvard Nalbandyan arasında müddət əvvəl başlanan görüş başa çatıb. SİA-nın verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Ermənistan XİN-nin rəsmisi Tiqran Balayan bildirib.

Məlumata görə, görüş bir saatdan çox davam edib.

Tiqran Balayan görüşün təfərrüatlarına dair heç bir açıqlama verməyib. Onun sözlərinə görə, görüşün təfərrüatları nazirliyin pres relizində açıqlanacaq.

Qeyd edək ki, Türkiyə və Ermənistan XİN rəhbərləri görüşdən sonra jurnalistlərə heç bir şərh verməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə