Türk Hava Yolları (THY) əlverişsiz hava şəraitinə görə 48 aviareysi təxirə salıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, təxirə salınan uçuşların sırasında İstanbul-Bakı aviareysi də var.
Türkiyədə bu gün ümumilikdə 48 aviareys təxirə salınıb ki, bunlardan 11-i beynəlxalq uçuşlardır. Təxirə salınan beynəlxalq aviareyslər arasında İstanbul-Təbriz, İstanbul-Tbilisi, Budapeşt, Belqrad və başqa ölkələr də yer alıb. Əlverişsiz hava şəraitinə görə təxirə salınan daxili aviareyslər Diyarbakır, Gaziantep, Mardin, Batman, Trabzon, Denizli, Adana, Kayseri, Şırnak ve Antalya olub.
Qeyd edək ki, dünən Türkiyədə əlverişsiz hava şəraitinə görə 90 daxili aviareys təxirə salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB