ABŞ-dan daha bir edam xəbəri

Oklahoma ştatında 27 il əvvəl iki yaşlı qadını öldürən məhkum edam edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, səlahiyyətlilər 53 yaşlı məhkum Ronald Klinton Lottun "Mcalester" şəhər həbsxanasında edam edildiyini açıqlayıb.

Qeyd edək ki, Lott 2 Sentyabr 1986-cı ildə 83 yaşlı Anna Laura Fowlera, 11 Yanvar 1987-ci ildə isə 93 yaşlı Zelma Cutlara təcavüz etdiyi üçün məhkum olunub. Ştat və federal məhkəmələr Lott'un apelyasiya müraciətini rədd edib. Oklahoma Əfv Heyəti isə məhkumun noyabr ayında edam cəzasının ömürlük azadlıqdan məhrum etmə cəzasına çevrilməsi üçün verdiyi ərizəni qəbul etməyib.

Xatırladaq ki, Lott bu il Oklahomada edam edilən beşinci məhkumdur. Ştatda daha bir məhkumun yeni ilindən öncə edam ediləcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə