Ukrayna milisi Kiyevdəki barrikadaları dağıdıb

Ukrayna milisi Kiyevdəki barrikadaları dağıdıb

Ötən gecə Ukrayna müxalifətinin toplaşdığı parlament və prezident administrasiyası ətrafındakı barrikadalar milis tərəfindən dağıdılıb. SİA İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, məqsəd Kiyevin mərkəzində yerləşən Bankovski və Lüteranski küçələrinin kəsişdiyi nöqtələrin təmizlənməsi olub. Lakin barrikadalardan təmizlənmə əməliyyatı həyata keçirilərkən, güc strukturlarının bir neçə əməkdaşı ciddi xəsarətlər alıb.

Ukrayna daxili qoşunlarının cənub bölgəsi üzrə rəisi, general-mayor İqor Platux məlumatında bildirib ki, qarşıdurma nəticəsində daxili qoşunların bir əsgəri və "Berkut" xüsusi təyinatlısı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Barrukadalar yığışdırıldıqdan sonra müxalifətçilər "Nezavisimost" küçəsini ələ keçiriblər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə