Kiyevdə milis hərəkətə keçdi

Daxili Qoşunların (DQ) minə yaxın hərbçisi və "Berkut" xüsusi təyinatlı milis dəstəsi Avropa meydanı yaxınlığında qurulmuş çadır şəhərciyindən etirazçıları sıxışdırıb çıxarıblar. DQ-nin əsgərləri barrikadaları sökürlər.

Daxili İşlər Nazirliyinin əməkdaşları isə Nazirlər Kabineti ətrafındakı çadır şəhərciyini əhatəyə alıb. Onlardan bəziləri barrikadaları dağıtmağa başlayıb.

Müxalif partiyaların təmsilçiləri hərbçilərin etirazçılara qarşı hədsiz güc tətbiq etdiklərini iddia edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə