Yulya Timoşenko: "Hədəfimiz Yanukoviçin istefa verməsidir" ÇAĞIRIŞ

Aİ tərəfdaşları Lenin heykəlini aşırtdılar
Yulya Timoşenko: "Hədəfimiz Yanukoviçin istefa verməsidir" ÇAĞIRIŞ

Ukraynada hökumətin Avropa İttifaqı ilə imzalayacağı müqavilədən geri çəkilməsinə qarşı edilən etirazların miqyası daha da genişlənir. SİA xarici mətbuata istinadən xəbər verir ki, nümayişçilər ötən gün Rusiyanı qıcıqlandırmaq məqsədilə SSRİ-nin qurucusu Lenin heykəlini aşırıblar.

Ölkənin keçmiş baş naziri Yulya Timoşenko da prezident Viktor Yanukoviçi istefaya səsləyib. Timoşenkonun qızı Yevqenina Kiyevin Müstəqillik Meydanında oxuduğu məktubda "Hədəfimiz Yanukoviçin istefa verməsidir" ifadəsini səsləndirib. Meydana toplaşanlar isə "istefa" şüarı ilə qışqırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə