Terror aktı nəticəsində 40 nəfər ölüb DƏHŞƏT

Terror aktı nəticəsində 40 nəfər ölüb DƏHŞƏT

Ötən gün İraqda terror aktları nəticəsindəı 40 nəfər ölüb, 120 nəfər yaralanıb. SİA-nın məlumatına görə, bu dəfə partlayışlar əsasən insanların sıx toplaşdığı bazar və ticarət mərkəzlərində olub.

Terror aktlarının ən şiddətlisi paytaxt Bağdadda baş verib. Belə ki, burada içərisində mina yerləşdirilmiş avtomaşının partlaması nəticəsində yeddi nəfər ölüb, 14 nəfər ağır yaralanıb. Maşın təmiri emalatxanasında törədilən partlayışda isə 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə