Malta Suriyada kimyəvi silahların məhvinə 15 min avro məbləğində vəsait ayırıb

Malta hökuməti Suriyada kimyəvi silahların məhvinə dəstək məqsədi ilə 15 min avro məbləğində vəsait ayırıb.

Yardımla bağlı sazişə əsasən Malta hökuməti Kimyəvi Silahların Qadağası Təşkilatı (KSQT) tərəfindən Suriya ərazisində həyata keçirilən tədbirlərə töhfə verməyə davam edəcək.

Maltanın KSQT-dəki nümayəndəsi səfir Martin Valentinonun sözlərinə görə, hökumət Suriyadakı kimyəvi silahların yayılmamasına dəstək öhdəliyinə sadiqdir.

Qeyd edək ki, cari ilin sentyabrında BMT Təhlükəsizlik Şurası Suriyadakı kimyəvi silahların məhv edilməsinə dair tarixi qətnamə qəbul edib. Sənəddə qeyd olunub ki, qətnamənin müddəaları icra edilməsə, o cümlədən kimyəvi silahların qanunsuz ötürülməsi və istənilən qüvvə tərəfindən Suriyada istifadəsi hallarına yol verilərsə, BMT Nizamnaməsinin 7-ci maddəsinə əsasən müvafiq tədbirlər görüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə