Fransanın XİN rəhbəri Kliçko ilə görüşəcək

Fransanın XİN rəhbəri Kliçko ilə görüşəcək

Fransanın xarici işlər naziri Loran Fabius Ukraynanın müxalif partiyası "UDAR"-ın lideri Vitaliy Kliçko ilə görüşəcək. Bu barədə SİA İnterfaks-a istinadən xəbər verir.

"Mən rəsmi olaraq, cənab Kliçkonu Fransanın xarici işlər nazirliyində qəbul edəcəm" – deyə Fabius bildirib.

XİN başçısı əlavə edib ki, biz Ukraynanın Avropa İttifaqı ilə assosiativ müqavilə imzalamağının tərəfdarıyıq. Amma Ukrayna prezidenti bunu istəmir, ona görə də, qərarı ukraynalılar verməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə