Ana müxalifətdən olan millət vəkilləri istefa verib

Ana müxalifətdən olan millət vəkilləri istefa verib

Taylandın ana müxalifət partiyası "Demokrat Partiya"sının parlamentdəki millət vəkilləri bütünlüklə istefa verib. SİA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, partiyanın sözçüsü Çavaanond Intarakomalyasu hökuməti qeyri-qanuni olaraq gördüklərinə görə bu addımı atdıqlarını bildirib.

O, qeyd edib ki, parlament artıq xalq tərəfindən tanınmır və ona görə də bundan sonra parlamnetdə çalışmayacaqlar.

Qeyd edək ki, 1992-ci ildən bəri seçkilərdə qalib gələ bilməyən partiya mitinqlərlə baş nazir Yinglak Şinavatranın hökumətini yıxmağa çalışan kütləyə dəstək verir.

Xatırladaq ki, ötən aydan etibarən ölkə tarixində ən böyük etiraz mitinqləri keçirilir. Narazı kütlə Yinglak hökumətinin devrilməsinə və bundan sonra seçkisiz qurulacaq xalq birliyi tərəfindən ölkənin idarə edilməsini tələb edir. Mitinqlərdə indiyədək 5 nəfər ölüb, 289 nəfər isə yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə