Misirin müdafiə naziri və Baş nazirin birinci müavini, iyul ayında devrilmiş dövlət başçısı Məhəmməd Mürsinin vəzifəsini tutmuş general Əbdül Fəttah əs-Sisi Amerikada çıxan "Taym" jurnalının oxucularının versiyası üzrə "2013-cü ilin adamı" hesab edilib.
General Əbdül Fəttah əs-Sisi jurnalın oxucuları arasında aparılmış səsvermədə qalib gəlib: təxminən 450 min oxucu ona səs verib. "Taym" jurnalının saytında və Twitter akkauntunda keçirilmiş elektron səsvermədə təxminən 2 milyon nəfər iştirak edib. General Əbdül Fəttah əs-Sisiyə ən çox səs verənlər Misirdə, daha sonra Hindistanda və ABŞ-da olub.
"İlin adamı" nominasiyasının qalibi bu il dekabrın 11-də jurnalın redaksiya heyəti tərəfindən qəti elan ediləcək.
Qeyd etmək lazımdır ki, 30 iyun inqilab hadisələrindən və sabiq prezident Məhəmməd Mürsinin devrilməsindən sonra Misirin müdafiə nazirinin populyarlığı kəskin şəkildə artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB