Avropada güclü fırtına hökm sürür. SİA xarici mətbuata istinadən xəbər verir ki, fırtına səbəbi ilə Hollandiyada, Almaniyada və Şotlandiyada onlarla təyyarə reysi təxirə salınıb, çox sayda Avropa ölkəsində qatar səfərləri ləğv edilib, on minlərlə evin elektrik enerjisi təchizatı dayandırılıb. Şotlandiyada saatda 228 kilometr sürətlə əsən külək paytaxt Edinburqda yük maşınını aşırıb, sürücü hadisə yerində ölüb.

İngiltərədə yaşayış sahələrinə yağan yağış küçələrdə suyun səviyyəsinin artmasına səbəb olub, ölkədə sel təhlükəsinə qarşı xəbərdarlıq edilib. Paytaxt Londondan axan Temza çayının daşması nəqliyyatı iflic edib. Ekspertlər bildiriblər ki, İngiltərədə son 60 ilin ən güclü fırtınası yaşanır.

Bütün xəbərlər Facebook səhifəmizdə