BMT–nin baş katibi Pan Gi Mun Nelson Mandelanın vəfatından kədərləndiyini bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, o, bu barədə xəbəri eşitdikdən bir neçə saat sonra mətbuat konfransı təşkil edib.
Baş katib mətbuat konfransı zamanı Nelson Mandelanı ədaləti təmsil edən dahi insan kimi qələmə verib. "O, mənim üçün ilham qaynağı idi. Dünyada mənim kimi milyonlarla insan onun azadlıq, bərabərlik uğrunda mübarizəsindən təsirlənmişdi. Mən Nelsonu Afrikada mövcud olan irqçi rejimin sona çatması münasibəti ilə təbrik edərkən onun verdiyi cavab məni olduqca təsirləndirmişdi. Bu zaman o, "Bu təkcə mənim deyil, mənimlə eyni anda mübarizə aparan adını belə bilmədiyimiz yüzlərcə insanın mübarizəsidir" demişdir. Nelson bu ifadəni səsləndirməklə sülh carçısı olduğunu bir daha sübut etmişdi".
Qeyd edək ki, BMT Baş Assambleyası Mandelanın doğum günü olan 18 iyul tarixini "Beynəlxalq Nelson Mandela Günü" kimi elan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB