Moldovanın rəsmi dili "Rumın" dili elan edilib. SİA- nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sözügedən dil Moldova Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərara əsasən dəyişdirilib. Dilin dəyişdirilməsi təşəbbüsünün Moldovanın Avropa Birliyinə daha tez adaptasiyası üçün Rumıniya ilə birləşmə planına söykəndiyi bildirilir.
Qeyd edək ki, SSRİ dağıldıqdan sonra Moldova müstəqillik əldə edərkən dövlət dili Rumin dili olaraq təsdiq edilmişdi. Lakin 1994-cü ildə Rusiyaya meylli siyasətçilərin təzyiqi ilə dövlət dili dəyişdirilərək, Moldovan dili olub. Moldovan dilini rumın dilindən sadəcə xüsusi dialekt fərqləndirir, lüğət tərkibi isə demək olar ki eynidir.
Bütün xəbərlər Facebook səhifəmizdə