Almaniyanın sosial sistemindən bəhrələnən xaricilərin sayı bir milyondan çoxdur

Almaniyanın sosial sistemindən bəhrələnən xaricilərin sayı bir milyondan çoxdur

Almaniyanın Əmək Agentliyinin məlumatına görə, Almaniyada müavinət alan bolqar və rumınların sayı 2011-ci ildə iki dəfə artıb. Buna baxmayaraq, bunlar Almaniyanın sosial idarələrindən müavinət alan əhalinin yalnız 1 faizini təşkil edir.

Almaniyanın sosial sistemindən bəhrələnən xaricilərin sayı bir milyondan çoxdur. Bu müavinətlərin əsas hissəsi Türkiyədən, Polşadan və İtaliyadan gələn vətəndaşların payına düşür.

Bütün xəbərlər Facebook səhifəmizdə