Yaponiyanın Sahil Xidmətinin yaydığı məlumata görə, vulkanik püskürmə nəticəsində Tokio yaxınlığındakı Oqasavara adaları yaxınlığında yaranmış yeni adanın ərazisi böyüməkdə davam edir. Adanın ərazisi onun aşkar edildiyi noyabrın 20-dən bu günədək 2,5 dəfə artıb.
Oqasavara adalarında vulkan püskürməsi son 40 ildə ilk dəfə qeydə alınıb. Yeni adacıq insanların məskunlaşdığı ərazidən təxminən 130 kilometr məsafədə yerləşir.
Sahil xidməti bəyan edib ki, səmadan aparılmış tədqiqatların nəticələrinə görə, hazırda yeni adanın eni 250 metr, uzunu isə 200 metrdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB