Misirin Konstitusiya Komissiyasının sədri Əmr Musa yeni konstitusiyanın layihəsini ölkənin müvəqqəti prezidenti Ədli Mənsura təqdim edib.
Sənəd Ə.Mənsur tərəfindən imzalanandan sonra bir ay müddətində konstitusiyaya dair ümumxalq referendumu keçiriləcək.
Misirin yeni Konstitusiyası qüvvəyə mindiyi gündən altı ay müddətində prezident və parlament seçkiləri keçiriləcək.
Qeyd etmək lazımdır ki, "Komissiya-50" adlı Konstitusiya Komissiyasının tərkibinə əsas siyasi partiyaların və vətəndaş cəmiyyətinin, dünyəvi müxalifətin, dini icmaların nümayəndələri və digər məşhur ictimai xadimlər daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB