TÜRKPA Baş Katibi və xanımı Qazaxıstanın Müstəqillik günü münasibətilə irihəcmli lüğət nəşr etdirib

TÜRKPA Baş Katibi və xanımı Qazaxıstanın Müstəqillik günü münasibətilə irihəcmli lüğət nəşr etdirib

Qazaxıstanın müstəqilliyinin 22-ci ildönümü ərəfəsində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş Katibi Jandos Asanov xanımı Guljan Asanova ilə birlikdə üzərində 15 ildən artıq işlədikləri İngiliscə-Qazaxca irihəcmli lüğətin ilk cildini nəşr etdiriblər. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müəlliflərin dediyinə görə 480 sözdən ibarət lüğətin ilk həcminin tərtibinin kifayət qədər çətin olmasına baxmayaraq, onlar Qazaxıstanın sürətli inkişafı, əldə etdiyi nailiyyətlər və paytaxt Astanın gözəlliyindən ilham alaraq bu lüğəti ərsəyə gətirmişlər. Müəlliflər Qazaxıstan Parlamenti və Mədəniyyət və İnformasiya Nazirliyinə Lüğətin nəşrində göstərdiyi dəstəyə görə öz təşəkkürünü bildirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə