Bu gün Ermənistanın Razdan İstilik Elektrik Stansiyasının (İES) V enerji blokunun irimiqyaslı istismarına başlanılıb. Ermənistan KİV-nin verdiyi məlumata görə, İES 2012-ci ilin yanvarından sınaq rejimində işləməyə başlayıb.
Bununla bağlı keçirilən mərasimdə "Qazprom" ASC-nin İdarə heyətinin sədri Aleksey Miller və "ArmRosqazprom" QSC-nin İdarə heyətinin sədri və baş direktoru Vardan Arutyunyan iştirak ediblər.
A.Miller çıxışında deyib ki, bu gün "Qazprom" tərəfindən "ArmRosqazprom"un səhmlərinin 20 faizinin əldə edilməsinə dair sənəd imzalanacaq: "Bununla da "Qazprom" şirkətin bərabərhüquqlu sahibi olacaq. Bu gün, həmçinin Ermənistan üçün çox vacib olan qaz tədarükləri haqqında müqavilə imzalanacaq. Rusiyanın daxilindəki qazın qiymətlərinə uyğun yeni qiymət müəyyənləşdiriləcək. Şübhəsiz ki, bu, Ermənistanın sosial-iqtisadi inkişafı üçün güclü təkan olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB