Ukrayna hökumətin istefasını istəyir ETİRAZ

Ukrayna hökumətin istefasını istəyir ETİRAZ

Ukraynanın müxalifət liderləri Nazirlər Kabinetinin istefasını və siyasi repressiyaların dayandırılmasını tələb edir. SİA-nın ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, sözügedən tələblərlə Ukrayna parlamentindəki üç müxalifət fraksiyasının lideri çıxış edir.

"Batkivşina" fraksiyasının lideri Arseniy Yatsenyuk, "Svaboda" partiyasının lideri Oleq Tyaqnibok və "Udar" Partiyasının lideri Vitali Kliçko bu gün parlamentdə müşavirə zamanı öz tələblərini səsləndirərək bildiriblər ki, ilk tələbhökumətin istefası, ikincisi isə siyasi repressiyaların dayandırılmasıdır. Onlar həmçinin Yuliya Timoşenko və üç siyasi fəalın azad edilməsini də tələb ediblər.

Qeyd edək ki, yaxın günlərdə müxalifətçilər Ukraynadakı xarici ölkə səfirləri ilə görüşəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə