İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində görüş keçiriləcək

İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində görüş keçiriləcək

"Bu həftə İranla "altılıq" ölkələri arasında ekspertlər səviyyəsində görüş keçiriləcək". Bunu İranın xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı bildirib.

Onun sözlərinə görə, görüşdə Cenevrə razılaşmasının icraya yönəldilməsinin mexanizmləri ətraflı araşdırılacaq: "Görüş ya Vyanada, ya da Cenevrədə baş tutacaq. Eyni zamanda bu həftə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin Helqa Şmidtlə bununla bağlı görüş planlaşdırılır".

Bütün xəbərlər Facebook səhifəmizdə