Ukrayna parlamentinin spikeri iqtidarı və müxalifəti danışıqlara başlamağa çağırıb

Ukrayna parlamentinin spikeri Vladimir Rıbak Kiyevdə bazar ertəsi iğtişaşların baş verməsindən sonra hakimiyyəti və müxalifəti danışıqlar masası arxasına çağırıb. SİA RİA Novosti agentliyinə istinadən, bu barədə məlumat verir.

"İqtidar da, müxalifət də gərək elə artıq sabahdan danışıqlar masası arxasına əyləşməlidirlər", - parlamentin rəhbəri "İnter" telekanalının efirində bildirib.

O, qeyd edib ki, danışıqlar prosesinin qarantı kimi çıxış etməyə hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə