İran rəsmisi: "Nüvə proqramı necə var idisə, elə də qalacaq"

İran rəsmisi: "Nüvə proqramı necə var idisə, elə də qalacaq"

Gələn həftə Vyanada "altılıq" ölkələrinin ekspertlərinin görüşü keçiriləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi yerli televiziyada yayımlanan verilişlərin birində çıxış edərkən deyib.

O bildirib ki, İran uzun bir yolun başlanğıcındadı və sonuncu addıma kimi müzakirələr davam etməlidir: "Biz heç vaxt qarşı tərəfə etimad etməmişik və bunu onlara da bildirmişik. Bu səbəbdən də, Cenevrədə elə bir mexanizm hazırlanıb ki, etimadın yaranmasına zəmanət versin. Əgər hiss etsək ki, qarşı tərəf öz öhdəliklərinə əməl etmir, onda hər şey yenidən əvvələ qayıdacaq və biz də öz işlərimizi dayandırmayacağıq, İranın nüvə fəaliyyətində heç bir geriləmə olmayacaq, nüvə proqramı necə var idisə, elə də qalacaq və yalnız kəmiyyətcə inkişaf etməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə