Şükranlıq Günündə ABŞ-da onlayn-satışın həcmi 1 milyard dollardan çox olub

Şükranlıq Günündə ABŞ-da onlayn-satışın həcmi 1 milyard dollardan çox olub

ABŞ sakinləri Şükranlıq Gününü qeyd ediblər. Həmin gün onlar onlayn-mağazalar vasitəsilə 1,06 milyard dollarlıq mal alıblar.

"USA Today" qəzetinin cümə günü verdiyi məlumata görə, bu il ilk dəfədir ki, amerikalılar bir gün ərzində bu qədər məbləğ sərf ediblər.

Alqı-satqı 1000-dən çox internet-mağazada həyata keçirilib.

Belə saytlara müraciətlərin sayı təxminən 180 milyon olub. Qəzet qeyd edir ki, bazarlığın 21 faizi mobil qurğular vasitəsilə həyata keçirilib. Bütün alqı-satqı bayram naharından sonra icra edilib.

Qəzet yazır: "Şükranlıq Günündə adi mağazaların işləməməsinə baxmayaraq, müasir texnologiyalar alıcıların evdən çıxmadan bazarlıq etməsinə imkan verir".

ABŞ-da Şükranlıq Günündən sonra "qara cümə günü" - Milad bayramı ərəfəsində ən yüksək endirimlər başlanır.

Milli Pərakəndə Satış Federasiyasının ekspertlərinin hesablamalarına görə, ABŞ sakinləri Milad gününə (dekabrın 25-nə) qədər 602,1 milyard dollar xərcləyəcəklər.

Bundan əlavə, mütəxəssislər onlayn-sifarişlərin fəallığının artmasını qeyd edirlər. Belə ki, qarşıdakı istirahət günlərindən dərhal sonra ABŞ-da "kiber-bazar ertəsi" (Cyber Monday) başlanır. Keçən il həmin gün təxminən 70 milyard dollarlıq mal satılmışdısa, builki proqnozlar daha nikbindir: 82 milyard dollarlıq mal satılacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə