Ermənisanda etiraz aksiyaları davam edir

Ermənisanda etiraz aksiyaları davam edir

Ermənistan hökumətinin Gömrük Şurasına daxil olma qərarı İrəvanda etiraz dalğalarının baş verməsinə səbəb olub. SİA-nın məlumatına görə, bu barədə rus mətbuatı yazır.

Serj Sarkisyanın Vilnüsdə keçirilən sammit zamanı assosasiya sazişini imzalamaqdan imtina etməsi, əhalinin meydanlara çıxmasına səbəb olub.

Ermənistan prezidentliyinə keçmiş namizəd Paruyr Ayrikyan, rəsmi İrəvanın müqaviləni imzalamaqdan imtina etməsini, xalqa qarşı edilən ən böyük səhv adlandırıb: "Bilirsinizmi, gələcəkdə uşaqlarımız bizə nə deyəcəklər? Deyəcəklər ki, atalarımız o qədər kor, ağılsız və satqın olublar ki, Avropa İttifaqı ilə əməkdaşlıq etmək əvəzinə, bizi 3 yazıq diktatorun ittifaqına qoşublar".

Bütün xəbərlər Facebook səhifəmizdə