Misirdə daxili işlər nazirinə sui-qəsddə şübhəli bilinən şəxs yaxalanıb

Misirdə daxili işlər nazirinə sui-qəsddə şübhəli bilinən şəxs yaxalanıb

Misirdə bu ilin sentyabrında ölkənin daxili işlər naziri Məhəmməd İbrahimə sui-qəsdin təşkil edilməsində şübhəli bilinən şəxs saxlanılıb.

Yerli KİV-lərin yaydığı xəbərə görə, DİN-in başçısına sui-qəsddə və bir sıra digər cinayətlərdə şübhəli bilinən terrorçu özəyin üzvü Misir paytaxtının ətrafında həbs edilib.

Məlumatda deyilir ki, saxlanılmış şəxs hüquq mühafizə orqanlarının nümayəndələrinə silahlı müqavimət göstərib, iki polis işçisini yaralayıb. Operativ əməliyyat tədbirləri nəticəsində şübhəli şəxsin mənzilində cəbbəxana - partlayıcı maddələr, avtomat tüfənglər və əl qumbaraları aşkar edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə