Bu gün Vilnüsdə keçirilən "Şərq Tərəfdaşlığı" sammiti çərçivəsində GUAM üzvü olan ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilib. SİA-nın məlumatına görə, görüşdə Litvanın xarici işlər naziri Linas Linkyaviçyus da iştirak edib.
Görüş iştirakçıları "Şərq Tərəfdaşlığı" təşəbbüsü çərçivəsində GUAM-Avropa Birliyi müzakirələrinin ənənə şəkli almasını və GUAM üzvü olan ölkələrin avrointeqrasiya istiqamətində əldə etdiyi irəliləyişləri alqışlayıblar.
Tərəflər energetika, nəqliyyat, ticarət, turizm, təhsil və beynəlxalq cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq perspektivlərini qeyd ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB