Vilnüsdə Gürcüstanın Aİ ilə assosiasiyası haqqında sazişin texniki paraflanması mərasimi keçirilib
Vilnüsdə Gürcüstanın Avropa İttifaqı ilə assosiasiyası haqqında sazişin texniki paraflanması mərasimi keçirilib.
Paraflamanı Gürcüstan adından xarici işlər nazirinin birinci müavini, son üç ildə Avropa İttifaqı ilə danışıqlarda Gürcüstan nümayəndə heyətinin rəhbəri olmuş David Zalkaliani həyata keçirib. Sazişin (sənədin mətni min səhifədən ibarətdir) texniki paraflanması başlanana qədər D.Zalkaliani jurnalistlərə demişdir ki, bu sənədin paraflanması Gürcüstan üçün tarixi hadisədir.
"Gürcüstanın Aİ ilə assosiasiyası haqqında sazişin paraflanmasına dair rəmzi akt" noyabrın 29-da Gürcüstan xarici işlər naziri Mayya Pancikidze və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton tərəfindən imzalanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB