Ukrayna Kanada ilə Azad Ticarət zonası yaradacaq. Bu haqda SİA Rusiya mətbuatına istinadən xəbərə verir.
Məlumata əsasın bu barədə Kanadaya rəsmi səfər edən Ukrayna Ali Radasının sədri Vladimir Rıbak bildirib. Onun sözlərinə görə, Kanadanın general qubernatoru və hökumətin bəzi nümayəndələri ilə görüşündə həmçinin Ukraynanın Avropaya inteqrasiya məsələsi də müzakirə edilib.
"Mən kanadalı dostlarımıza Ukrayna yolunun Avrointeqrasiya yolu olduğu haqda məlumat verdim və bildirdim ki, bu yolda işlərimiz davam edir. Ukrayna prezidenti də mənimlə eyni fikirdədir. Rusiya ilə yalnız iqtisadi münasibətləri müzakirə edəcəyik. Görüşlər zamanı Ukrayna ilə Kanada arasında sadələşdirilmiş vizanın olmasının zəruriliyinə də toxunduq, çünki belə olacağı təqdirdə bizim vətəndaşlar Kanadaya gəlib insanların burada necə yaşadıqlarını və demokratiyanı öz gözlərilə görə biləcək" - deyə Vladimir Rıbak bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB