Kiyevdə avrointeqrasiya tərəfdarlarının iki düşərgəsinin birləşməsi baş verib. Bu haqda SİA "RİA Novosti" saytına istinadən verdiyi xəbərə görə, Ukrayna müxalifətinin Avropa meydanında təşkil etdiyi düşərgə Müstəqillik meydanında kortəbii yaranmış və siyasi şüarlar istifadə etməkdən imtina edən digər etirazçılar düşərgəsi ilə birləşib.
Saytın verdiyi məlumatına görə, Avropa meydanındakı etiraz aksiyasının iştirakçıları özləri ilə yalnız dövlət bayrağı və AB bayrağını götürərək birləşmiş müxalifətin liderləri – Yatsenyuk, Tyaqnibok və Vitali Kliçkonun rəhbərliyi ilə Müstəqillik meydanına yollanıblar.
Qeyd edək ki, Müstəqillik meydanında yollanmaq qərarı keçmiş baş nazir Yuliya Timoşenkonun avrointeqrasiya tərəfdarlarına partiya bayraqlarından imtina etmək çağırışından sonra verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB