Suriya ordusu Dəməşq yaxınlığında üsyançıların hücumunun qarşısını alıb

Suriya ordusu Dəməşq yaxınlığında üsyançıların hücumunun qarşısını alıb
"Əl-Vətən" xəbərlər xidmətinin verdiyi məlumata görə, Suriya ordusu Dəməşq yaxınlığında üsyançıların hücumunun qarşısını almağa müvəffəq olub. SİA xəbər xidmətinə istinadən bildirir ki, hücumun qarşısının alınması nəticəsində 115 silahlı məhv edilib və onların əksriyyəti xarici ölkə vətəndaşları olub.

Qızğın döyüş 72 saat davam edib və hücumun qarşısının alınmasında hərbi hava qüvvələri, eləcə də ağır silahlardan istifadə olunub. Nəticədə müxalifətçilər geri çəkilməyə məcbur olublar.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB