Bazar ertəsi həm Rusiya paytaxtında, həm də Qış Olimpiya Oyunlarının paytaxtında "Soçi-2014" əsas bilet satışı mərkəzləri açılıb. Soçi Olimpiadasının Təşkilat Komitəsinin press-relizində bildirilir ki, Soçidə qış olimpiya və paralimpiya oyunlarına bilet satışı üzrə "Soçi-2014" əsas bilet satışı mərkəzləri açılandan sonrakı ilk sutka ərzində bilet satışının həcmi üç dəfədən çox artıb.
Azarkeşlər həm əvvəllər www.tickets.sochi2014.com rəsmi saytında dəyərini ödədikləri biletləri əsas bilet satışı mərkəzlərində ala bilər, həm də yeni biletlərin haqqını visa kartı ilə və ya nağd şəkildə ödəyərək həmin biletləri ala bilərlər. Bilet kassalarında qiymətlər rəsmi saytdakı qiymətlərdən fərqlənmir. Bu mərkəzlər 2014-cü il martın 16-da Paralimpiya Oyunları başa çatana qədər həftədə yeddi gün işləyəcəklər. Olimpiada dövründə olimpiya obyektlərində əlavə kassalar açılacaq.
Olimpiya Oyunlarına bütün biletlərin 70 faizi rusiyalı tamaşaçılar üçün əlyetərli olacaq. 2014-cü ilin əvvəlinə qədər Krasnodarda da bilet satışı mərkəzi açılacaq.
Yarışlara bilet satışının birinci mərhələsi 2013-cü fevralın 7-dən mayın 31-dək davam edib. Həmin dövrdə satılan biletlərdə yerlər göstərilmirdi.
Yay aylarında bilet satışı dayandırılmışdı. Bu müddətdə tribunalardakı tamaşaçı yerləri bölüşdürülüb və oktyabrın 10-da bilet satışı bərpa olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB