Gürcüstan- Ermənistan sərhəddində atışma nəticəsində 2 nəfər ölüb

Gürcüstan- Ermənistan sərhəddində atışma nəticəsində 2 nəfər ölüb

Polis əməkdaşları bazar ertəsi axşam "Sadaxlo" (Gürcüstan-Ermənistan) sərhəd-keçid məntəqəsində iki nəfərin qətli və bir nəfərin yaralanmasında ittiham olunan altı nəfəri saxlayıblar. SİA-nın gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan XİN mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu şəxslər noyabrın 25-də saat 19:00-da (yerli vaxtla) "Sadaxlo" sərhəd-keçid məntəqəsində Makarov odlu silah sistemindən üç nəfəri yaralayıblar: Merab Kalandadze, Dilar Mukbaniani və Giorgiy Piranişvili. Bundan sonra iki avtomobildə hadisə yerindən qaçmağa çalışıblar. İttiham olunan 6 nəfər bir neçə dəqiqə sonra avtomobil magistralında saxlanılıb və onların üzərindən silah götürülüb.

Yaralı şəxslərə gəldikdə isə, onlardan yalnız biri – Mukbaniani sağ qalıb. O, Marnueli şəhər xəstəxanasına çatdırılıb, Kalandadze və Piranişvili xəstəxanaya çatdırılana qədər həlak olublar.

İstintaq üzrə işlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə