Ukraynanın “RBK” saytı: “Ukrayna Avropa ittifaqına üzvlükdən imtina etdi”
"Brüssel Ukraynanın Avropa Birliyinə assosiativ üzv olmaqdan imtina etməsinin səbəblərini açıqlayıb". Bu haqda SİA Ukraynanın RBK saytına istinadən xəbər verir.
Sayt xəbr verir ki, Ukrayna Kreml tərəfindən təzyiqlə üzləşdiyindən Aİ ilə assosiativ saziş imzalamağa hazır deyil. Sayt yazır ki, bu barədə Avropa parlamentinin xarici işlər üzrə komitə başçısı Elmar Brok bildirib: "Hesab edirəm ki, Ukrayna parlamenti uzun müddətdir bizim tələblərimizi bilirdilər və rəsmi Kiyevin bu qərarla bağlı razılığa gəlməməsi Ukraynanın geri çəkilmək üçün yollar axtarmasını ifadə edir. Mənə elə gəlir ki, Ukrayna hazır deyil və Rusiyanın təzyiqi ilə assosiasiya haqqında sazişi sadəcə imzalamaq istəmir".
Onun fikrincə, məhz prezident Viktor Yanukoviç Avropa İttifaqı ilə assosiativ üzvlüklə bağlı saziş imzalamaq niyyətində deyil: "Ümid sonda ölür, amma mənim gördüyüm mövcud faktorların sübutu yoxdur. Lakin görünən odur ki, Rusiyanın vədləri və ya təzyiqləri səbəbindən Yanukoviç sənədi imzalamaq niyyətində deyil".
Avropa Parlamentinin Prezidenti Martin Şults əlavə edib ki, Ukrayna prezidenti Viktor Yanukoviçin Vilnüsdə assosiativ sazişi imzalayıb-imzalamayacağı ilə bağlı heç kim heç nə bilmir və buna görə də son anadək gözləmək lazımdır. "Heç kim prezident Yanukoviçin strategiyasının nədən ibarət olduğunu bilmir. Mən hesab edirəm ki, onlar son dəqiqəyədək iştirak etmək niyyətindədirlər. Lakin assosiasiya haqqında sazişin imzalanmasını istisna etmək olmaz. Eyni zamanda imzalanmamasını da", - deyə saytda bildirilib.
Eyni zamanda avropalı məmur qeyd edir ki, Yanukoviç hazırda çox çətin vəziyyətdədir. Belə ki, o Rusiya ilə Avropa arasında qalıb: "Böyük ehtimalla hər iki tərəfin ona olan güclü təsirini nəzərə almaq lazımdır. Rusiya nə edir? Rusiya hökuməti öz təsirini gücləndirməyə çalışır. Əslində bu sürpriz deyil, çünki bu normaldır...".
Düşünürəm ki, Moskvada həmişə yanlış anlayış olub. Belə ki, Ukrayna kimi dövlətin Avropa İttifaqına üzvlüyü onu Rusiyaya qarşı qoyur. Ümumiyyətlə, Rusiya Ukraynanı və ya başqa bir dövlətin Avropa Birliyinə üzv olmasının Rusiyaya qarşı olması fikri səhv anlayışdır. Çünki, ilk növbədə Avropa Birliyinə üzvlük Ukrayna əmədaşlıq çərçivəsində qəbul edilməlidir.
Qeyd edək ki, 21 noyabr tarixində Ukraynanın Nazirlər Kabineti Avropa Birliyinə üzvlüklə bağlı sazişin imzalanmasına dair hazırllıq işlərinin dayandırılması ilə bağlı sərəncam verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB