İndoneziyanın qərbində Sinabunq yanardağı güclü partlayışlarla kül və lava püskürüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, səlahiyyətlilər partlayışların ardınca dağın ətəyində məskunlaşan kənd əhalisinin bölgədən qaçaraq uzaqlaşdığını deyib.
İndoneziya Milli Fəlakət Agentliyinin spikeri Sutopo Purwo Nugroho vulkan kraterinə yaxın 17 kənddən təxminən 15 min insanın evakuasiya edildiyini açıqlayıb. 6 partlayışın baş verdiyi yanardağda lava 2000 metr yüksəkliyə püskürüb. Nəticədə bölgədəki kəndlər, fermalar və ağaclar küllə örtülüb.
Qeyd edək ki, İndoneziyadakı aktiv 129 yanardağdan biri olan Sinabunq sentyabr ayından bugünə qədər fasilələrlə lava və kül püskürür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB