Ukrayna hökumətinin Avropa Birliyi (AB) ilə ortaqlıq razılaşmasının müddətinin təxirə salınmasına qarşı çıxan bir qrup AB tərəfdarı Ukrayna Prezident İdarəsinə daxil olmağa çalışıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, böyük əksəriyyəti gənclərdən ibarət olan qrup, Prezident Administrasiyasının qarşısında uzun müddət "inqilab" şüarları səsləndiriblər. Ukrayna Daxili İşlər Nazirliyinə bağlı Qartal Birliklərinin aksiya ilə əlaqədar bir sıra inzibati binaları əhatəyə aldığı deyilir. Sözügedən birlik yaranacaq qarşıdurmanı aradan qaldırmaq üçün əleyhiqazdan istifadə edərək, müdaxiləyə hazır vəziyyətə gətirilib.
Qeyd edək ki, 21 Noyabr tarixində Ukrayna hökumətinin AB ilə əlaqələrinin təxirə salınması ilə əlaqədar başlayan etiraz aksiyaları paytaxt Kiyevdə geniş miqyaslı etiraz aksiyalarına səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB