Fransada islamofobiya halları artıb

Fransada islamofobiya halları artıb

Fransada islamofobiya aktları 2013-cü ilin doqquz ayı ərzində 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 11, 3 faiz artıb.

Bu barədə Parisdə nəşr olunan " Observatuarr" jurnalı məlumat yayı.

Məlumatda bildirilir ki, cari ilin yanvar-sentyabr aylarında müsəlmanlara qarşı 157 hadisə qeydə alınıb.

Müsəlmanlara qarşı yolverilməz hərəkətlər daha çox Reyms şəhərində, Paris ətrafındakı Arjentöy və Trappe yaşayış qəsəbələrində baş verib.

Məlumatda, həmçinin islamofobiya halları ilə bağlı rəqəmin polisə müraciətlər əsasında qeydə alınmış rəsmi rəqəmlər olduğu diqqətə çatdırılıb. Əksər hallarda hücuma məruz qalanlar polisə müraciət etməkdən çəkiniblər.

İslamofobiya aktlarının, müsəlmanlara qarşı nifrət hisslərinin daha çox internet vasitəsilə yayıldığı məlumatda öz əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə