Suriya milli barış nazirinə sui-qəsd törədilib

Suriya milli barış nazirinə sui-qəsd törədilib

Suriya milli barış nazirinə sui-qəsd törədilib.

Əli Heydər xəsarət almayıb və öz müsahibəsində bildirib ki, güllə səsləri həqiqətin səsini batıra bilməz. SİAnın məlumatına görə, suriyalı nazir bunu "Suriya" telekanalına verdiyi müsahibəsində deyib. Əli Heydər onu da qeyd edib ki, onun avtomobilinə atəş açanlar susmağımı istəyitdilər. Lakin elə məqam gəlib ki, həqiqət sözü güllədən daha güclü olur.Çünki insanlar artıq bu müharibədən beziblər".

Xatırladaq ki, ötən gün axşama saatlarında Suriyanın mərkəzində yerləşən Məsyəf-Qadmus şossesində Suriya milli barış nazirinə məxsus avtomobil atəşə tutulub. Onun sürücüsü aldığı güllə yaralarından yerindəcə keçinib. Lakin nazirin özü həmin avtomobildə olmayıb.

İki gün öncə isə Dəməşq yaxınlığında ona qarşı daha bir terror hərəkəti baş vermişdi.

Suriya xəbər mənbələri xəbər verir ki, nazir son bir neçə ayda Dəməşq və Homs ətrafındakı bir neçə məntəqədə silahlılarla danışığa gedərək, atəşkəsə nail olub. Məhz onun təşəbbüsü nəticəsində yüzlərlə silahlı öz silahlarını yerə qoyaraq müqavimətlərini dayandırıblar.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə