Çinin müdafiə Nazirliyi Şərqi-Çin dənizinin geniş akvatoriyasını əhatə edən yeni hava hücumundan müdafiə zonasının yaradıldığını elan edib. Bu elana əsasən, yeni zona Senkaku adaları üzərindəki hava məkanını da əhatə edəcək.
Yaponiya KİV-lərinin noyabrın 23-də yaydığı məlumata əsasən, Çinin bu addımı atmaqda məqsədi növbəti dəfə Yaponiyanın Senkaku adalarını mübahisəli ərazi kimi tanımasına təzyiq göstərməkdir.
Yaponiya hökumətinin mövqeyinə görə isə, Senkaku adaları tarixi faktlara və beynəlxalq qanunlara görə bu, Gündoğar ölkəyə məxsusdur.
Noyabrın 23-də Yaponiya Xarici İşlər Nazirliyinin Asiya və Okeaniya işləri departamentinin direktoru Cyuniti İhara Çinin Tokiodakı səfirliyinin məsləhətçisi Han Çjiçyana qəti etirazını bildirərək, Senkaku adalarının Yaponiyaya məxsus olduğunu deyib və Çin hökumətinin addımını tənqid edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB