Şimali Koreya narkotik istehsalı və ticarəti ittihamlarını rədd edir

Şimali Koreya narkotik istehsalı və ticarəti ittihamlarını rədd edir
Şimali Koreya Xalq Demokratik Respublikasının (KXDR) xarici işlər nazirliyi bu ölkənin narkotik ticarəti ilə məşğul olması ittihamlarını rədd edib. SİA İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, KXDR xarici işlər nazirliyi yaydığı bəyanatında bildirib ki, Cənubi Koreyanın belə ittihamları heç bir həqiqəti əks etdirmir: "Bu ölkələrin mətbuatı davamlı olaraq bizim ölkəyə qarşı qondarma ittihamlarla çıxış edirlər. KXDR qəti olaraq bu ittihamları qəbul etmir və rədd edir. Bu, bizim ölkəyə düşmən münasibəti bəsləyən tərəflərin apardığı ucuz anti-təbliğat metodudur. Ölkəmiz sosialist sistemində idarə olunduğuna görə, ümumiyyətlə, belə praktikaya müsbət baxmır".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB