64 nəfər qətlə yetirilib

Suriyada Əsəd rejiminin müxaliflərə qarşı təşkil etdiyi hücumlarda 8-i uşaq, 4-ü qadın olmaqla 64 nəfər qətlə yetirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqqları Təşkilatı ( SNHR ) məlumat yayıb. Məlumata əsasən, rejimin hərbi hava qüvvələri və daxili qoşunlar vasitəsilə etdiyi hücumlarda paytaxt Dəməşqdə 26, Həmasda 9, Hələbdə 9, Raqqada, İdlibdə və Həmada 5 nəfər olmaqla, Derada 3, Kuneytra və Hasakada bir nəfər olmaqla 64 suriyalı həlak olub.

Qeyd edək ki, ölkədə qarşıdurmalar hələ də davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə