“Təhlükəsizlik xidməti məni etibarlı şəkildə qoruyur”

“Təhlükəsizlik xidməti məni etibarlı şəkildə qoruyur”
"Təhlükəsizlik xidməti məni etibarlı şəkildə qoruyur". Bu barədə ABŞ prezidenti Barak Obama Con Kennedinin faciəvi ölümünün 50-ci ildönümündə çıxış edərkən bildirib. SİA ABC tekekanalına istinadən xəbər verir ki, Obama təhlükəsizlik xidmətinin əməyini yüksək qiymətləndirib: "Onlar öz işlərinin öhdəsindən çox yaxşı gəlirlər".

46 yaşlı Kennedi 1963-cü ilin 22 noyabr tarixində Texas ştatının Dallas şəhərində ona qarşı törədilən sui-qəsd nəticəsində faciəvi şəkildə həlak olmuşdu.

Obamanın sözlərinə görə, təhlükəsizlik xidməti və məxfi xidmətin işləri həmin dövrlərdən fərqli olaraq çox dəyişilib və inkişaf edib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com