Misirin Rəbiə şəhərində baş verən qətliamının 100-cü günü münasibətilə təşkil edilən nümayişlərdə qarşıdurma yaşanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Qahirənin Əl-Nuzhe prospektində təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında baş verən qarşıdurmalarda çox sayda nümayişçi yaralanıb.
Süveyş şəhərində isə nümayişlərə müdaxilə edən polislərin açdığı atəş nəticəsində 10 yaşlı Samir Məhəmməd həlak olub, çox sayda nümayişçi ağır xəsarətlər alıb.
Qeyd edək ki, Samir Məhəmmədin qarşıdurmalarda nümayişçi qismində iştirak edilib etməməsi isə hələ ki, məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB