Rusiya internet-senzura vasitəsindən istifadə edə bilər

Rusiya internet-senzura vasitəsindən istifadə edə bilər

Google kompaniyasının direktorlar şurasının sədri Erik Şmit Nyu-York-da keçirilən mediaforumdakı çıxışında bildirib ki, Rusiya Çində olduğu kimi internet-senzura vasitəsindən istifadə edə bilər.

SİA İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, E.Şmit hazırda Çində aktiv internet-senzuranın olduğunu bildirib. Lakin direktorlar şurasının sədri bu tədbiqin Rusiyada da baş verə biləcəyi narahatlığını gizlətməyib: "Bəlkə də bir sıra dövlətlər də bunu istəyirlər. Ancaq həmin dövlətlərdə bu istiqamətdə aktivlik yoxdur. Rusiya interneti çox açıq idi və bu açıqlıq Rusiya ictimaiyyətinin xeyrinə oldu".

Onun sözlərinə görə, hazırda dünyada 44 ölkə var ki, onlar müəyyən informasiyalarda senzura, yaxud da filtrizasiya həyata keçirirlər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə