Abdullah Gül Gürcüstan dövlətinin başçısını Türkiyəyə səfərə dəvət edib
Gürcüstan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Prezident Georgi Marqvelaşvili ilə Türkiyə Prezidenti Abdullah Gül arasında telefon danışığı olub.
Abdullah Gül Georgi Marqvelaşvilini prezident seçilməsi münasibətilə təbrik edib. Tərəflər Gürcüstan-Türkiyə münasibətlərinin perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Prezident Abdullah Gül Gürcüstan dövlətinin başçısını Türkiyəyə səfərə dəvət edib. Gürcüstan Prezidenti bu səfərin yaxın gələcəkdə baş tutacağını söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB