72 nəfər ölüb

Suriyada gərgin vəziyyət davam edir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, hakim rejimə bağlı olan ordu birlikləri müxalifətçilərə qarşı havadan və qurudan ağır silahlarla hücumlar həyata keçiriblər. Nəticədə 12-si uşaq, 7-si qadın olmaqla 72 nəfər ölüb.

Bundan əlavə, hücumlar zamanı Homsda 26, Hələb və Dəməşqdə hərəsində 13, Hasakedə 6, Dəra və İdlibdə hərəsində 5, Həmada 3, Dər əz-Zorda 1 nəfər ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə